Azərbaycanın iqtisadi nümayəndə heyəti Tümen vilayətinə səfər edəcək

Azərbaycanın iqtisadi nümayəndə heyəti Tümen vilayətinə səfər edəcək Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində birgə biznes-forumun keçirilməsi də mümkündür
Biznes
23 May , 2017 09:39
Azərbaycanın iqtisadi nümayəndə heyəti Tümen vilayətinə səfər edəcək
Report.az

Tümen. 23 may. REPORT.AZ/ Azərbaycanın iqtisadi nümayəndə heyəti mayın sonlarında - iyunda Tümen vilayətinə səfər edəcək.

"Report" xəbər verir ki, Tümen vilayətinin İnvestisiya Siyasəti və Sahibkarlığa Dövlət Dəstəyi Departamentinin İnvestisiya Siyasəti İdarəsinin rəisi Natalya Rakitina azərbaycanlı jurnalistlərlə görüşdə bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə regionun iqtisadi potensialı və investisiya mühiti ilə tanış olmaq istəyən Azərbaycanın özəl şirkətlərinin nümayəndələri və investorlar daxil olacaq.

"Hazırda danışıqlar aparırıq. Artıq Azərbaycanın İqtisadiyyat Nazirliyinə bir neçə rəsmi məktub göndərmişik və iqtisadiyyat nazirini dəvət etmişik. Yəni indi hər şey qarşı tərəfdən asılıdır", - N.Rakitina vurğulayıb.

O, həmçinin Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində birgə biznes-forumun keçirilməsinin mümkünlüyünü də bildirib.

Son xəbərlər

Orphus sistemi