Yuxarı
    Bağlamaq

    Azərbaycanın ilk özəl kredit bürosu fəaliyyətə başlayıb

    Büro kredit təşkilatları ilə müqavilələrin imzalanması prosesinə başlayıb

    Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın 8 bankının - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə yaradılmış ölkənin ilk özəl kredit bürosu - “Azərbaycan Kredit Bürosu” MMC fəaliyyətə başlayıb.

    Bu barədə "Report" Azərbaycan Banklar Assosiasiyasına istinadən xəbər verir.

    Məlumata görə, hazırda qurumun maddi-texniki bazasının formalaşdırılması və strategiyasının hazırlanması istiqamətində işlər aparılır. Büro kredit təşkilatları ilə müqavilələr imzalayır.

    "Azərbaycan Kredit Bürosu"na baş direktor Elçin Həbibov təyin edilib.

    Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək. Onun mərkəzi ofisi “World business center” iş mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 43 ünvanında) yerləşir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi