Azərbaycanın idxalında yeyinti məhsullarının payı 15%-ə çatıb

Azərbaycanın idxalında yeyinti məhsullarının payı 15%-ə çatıb Buğda idxalı azalıb, çay və meyvə-tərəvəz isə artıb
Biznes
17 İyun , 2016 13:31
Azərbaycanın idxalında yeyinti məhsullarının payı 15%-ə çatıb

Bakı. 17 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində Azərbaycana 492 952,12 min ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, idxal ötən ilin eyni dövrü ilə müqayisədə 3,28% artıb. Nəticədə, ölkə üzrə cəmi idxalın 14,8%-i məhz bu məhsulların payına düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə cəmi idxalın 11,57%-ni yeyinti məhsulları təşkil edib.

Hesabat dövründə ət idxalı dəyər baxımından 9,47% artaraq 10 105,73 min dollar, miqdarı isə 31,61% artaraq 8 131,9 ton təşkil edib. 

Meyvə-tərəvəz idxalının dəyəri 2,1 dəfə artaraq 68 368,82 min dollara, həcmi isə 35,71% artaraq 186 610,35 tona çatıb. 

Çay idxalı 2,6 dəfə artaraq 14 639,8 min dollar təşkil edib. Miqdarı isə 67,36% artaraq 4 282,91 tona yüksəlib. 

Bu müddətdə şəkər idxalı 12,56% artaraq 51 593,61 min dollar, miqdarı 28,84% artaraq 123 070,39 ton təşkil edib.

Yeyinti məhsulları arasında buğda idxalında azalma müşahidə olunub. İdxal 43,22% azalaraq 104 787,97 min dollara enib. Miqdarı isə 29,38% azalaraq 556,6 min ton olub.

Son xəbərlər

Orphus sistemi