Azərbaycanın gömrük orqanları Avropa ölkələri ilə məlumat dövriyyəsi apara bilər

Azərbaycanın gömrük orqanları Avropa ölkələri ilə məlumat dövriyyəsi apara bilər Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Avropa ölkələri arasında məlumat dövriyyəsini təmin edən NCTS-ə (The New Computerised Transit System - Yeni Komputerləşdirilmiş Tranzit Sistemləri) qoşulmaq niyyətindədir. 
Biznes
30 Yanvar , 2018 12:25
Azərbaycanın gömrük orqanları Avropa ölkələri ilə məlumat dövriyyəsi apara bilər
DGK sabiq sədri Aydın Əliyev / Report

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Avropa ölkələri arasında məlumat dövriyyəsini təmin edən NCTS-ə (The New Computerised Transit System - Yeni Komputerləşdirilmiş Tranzit Sistemləri) qoşulmaq niyyətindədir. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, bu sistemə qoşulmaq üçün əvvəlcə iki konvensiyaya qoşulmaq lazımdır: "Artıq ötən ilin dekabrından biz müşahidəçi statusunda bu sistemə qəbul edilmişik. Bu gün və sabah bizim xüsusi nümayəndəmiz xüsusi iclasda iştirak edəcək". 

DGK sədri həmçinin deyib ki, bu il Azərbaycanda gömrük sahəsində daha bir beynəlxalq tədbir keçiriləcək: "Səlahiyyətli İqtisadi Operator Assosiasiyasının Assambleyası may ayında Bakıda keçiriləcək. Burada dünyada tanınmış bir sıra loqistika şirkətləri iştirak edəcək".

A.Əliyev ötən gün sahibkarlarla keçirilən görüşdə iş adamlarının qaldırdığı məsələlərlə bağlı da məlumat verib: "Dünən sahibkarların səsləndirdikləri təkliflərin 90-95%-i gömrük orqanlarının səlahiyyətinə aid olmayan məsələlərdir. Məsələlərdən biri də sertifikatın olmaması səbəbindən maşının saxlanması ilə bağlıdır. Bu məsələni də dəqiqləşdirdik, bu, tamamilə başqa bir hal idi. Şirkətin saxlancında aylar öncədən rəsmiləşdirilməmiş başqa bir yük olub. Təklif etmişdik ki, öncə həmin yük rəsmiləşdirilsin, daha sonra gəlib bu yükü götürsünlər".

Xatırladaq ki, ötən gün hökumət rəsmiləri sahibkarlarla görüşüb. Görüşdə "Tovuz-Baltika" MMC-nin baş direktoru Naib Məmmədhəsənov yüklərin saxlanması ilə bağlı narazılığını bildirb.

Son xəbərlər

Orphus sistemi