Azərbaycanın elm adamları gömrük işçiləri ilə əməkdaşlığa başlayırlar

Azərbaycanın elm adamları gömrük işçiləri ilə əməkdaşlığa başlayırlar Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Dövlət Gömrük Komitəsi (DGK) arasında Anlaşma Memorandumu imzalanıb.
Biznes
8 Noyabr , 2018 12:41
Azərbaycanın elm adamları gömrük işçiləri ilə əməkdaşlığa başlayırlar
Akif Əlizadə / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Dövlət Gömrük Komitəsi (DGK) arasında Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, bununla bağlı tədbiri giriş sözü ilə AMEA-nın prezidenti Akif Əlizadə açıb.

O, DGK əməkdaşlığın əhəmiyyətinindən danışıb, birgə fəaliyyətin idxal-ixrac əməliyyatları, əməliyyat-axtarış tədbirləri zamanı elmi araşdırmalardan istifadə edilməsi, informasiya texnologiyalarının tətbiqi, təhsil və elmi tədqiqat məsələləri ilə əlaqədar qarşılıqlı dəstək və təcrübə mübadiləsinin aparılması, müştərək layihə və tədbirlərin həyata keçirilməsi baxımından zəruriliyini vurğulayıb. 

Daha sonra DGK-nın sədri Səfər Mehdiyev çıxış edərək DKG- nın fəaliyyəti və gələcək perspektivlərindən, gömrük işi sahəsində həyata keçirilən islahatlardan danışıb. O, iki qurum arasında işgüzar əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Sonda rəhbər şəxslər anlaşma memorandumunu imzalayıb. Sənəddə gömrük işi ilə əlaqədar elmi tədqiqatlar aparan, habelə müvafiq ixtisaslar üzrə təhsil alan magistrant, doktorant və dissertantlara şərait yaradılması, elmi araşdırmalar zamanı gömrük işi ilə əlaqədar müvafiq məlumatların daha asan və sürətli əldə olunmasına şərait yaratmaq məqsədilə informasiya texnologiyalarının tətbiqi imkanlarından geniş istifadə edilməsi yer alıb.

Son xəbərlər

Orphus sistemi