Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycana xaricdən dərman və tibbi preparatların idxalı ilə məşğul olan "Avromed Company" MMC təşkilati-hüquqi formasını dəyişir. Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Şirkət bundan sonra "Avromed Company" QSC kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, "Avromed Company" 2002-ci ildə yaradılıb.