Azərbaycanın daha 3 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

Azərbaycanın daha 3 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək Söhbət “Muğan-Pambıq”, “İmişli-Pambıq” və “Beyləqan-Pambıq” ASC-lərdən gedir
Biznes
16 Mart , 2017 09:03
Azərbaycanın daha 3 pambıq tədarükü müəssisəsi səhmdarlarına hesabat verəcək

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanda pambıq tədarükü ilə məşğul olan daha 3 müəssisənin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, söhbət “Muğan-Pambıq”, “İmişli-Pambıq” və “Beyləqan-Pambıq” ASC-lərdən gedir.

Yığıncaqların gündəliyinə cəmiyyətlərin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi, müəssisələin emal sahəsi üzrə gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi, cəmiyyətlərin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi və sair məsələlər daxildir.

ASC-nin adı Yığıncağın keçiriləcəyi tarix Yığıncağın keçiriləcəyi ünvan Müəssisənin yaradılma ili Müəssisənin nizamnamə kapitalı
1 “Muğan-Pambıq” 12 may saat 11:30 Şirvan şəhəri, Sabir küçəsi, 1 2000 947840 manat
2 “İmişli-Pambıq” 18 may saat 11:30 İmişli şəhəri, R.Əliyev küçəsi, 1 2000 1722994 manat
3 “Beyləqan-Pambıq” 18 may saat 16:00 Beyləqan şəhəri, Daşburun qəsəbəsi 2000 840690 manat

Son xəbərlər

Orphus sistemi