Azərbaycanın çörək istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək

Azərbaycanın çörək istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək Söhbət “Xətai-Çörək” ASC-dən gedir
Biznes
11 Aprel , 2017 12:38
Azərbaycanın çörək istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 11 aprel. REPORT.AZ/ İyunun 2-də, saat 12:00-da “Xətai-Çörək” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncaq Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 72 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Xətai-Çörək” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 329 664 manatdır. 

Son xəbərlər

Orphus sistemi