​Azərbaycanın biznes təşkilatları Mərkəzi Bank üçün təkliflər hazırlayır

​Azərbaycanın biznes təşkilatları Mərkəzi Bank üçün təkliflər hazırlayır Bank rəhbərlərinin fikrincə, əhalinin maliyyə savadı artırılmalıdır
Biznes
2 Dekabr , 2014 13:53
​Azərbaycanın biznes təşkilatları Mərkəzi Bank üçün təkliflər hazırlayır
Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Amerika Ticarət Palatasının (Amcham) birgə iclası keçirilib. "Report"un məlumatına görə, iclas real sektorda müştərilərlə maliyyə institutları arasında dialoq, ölkədə mikro, kiçik və korporativ sektorlarda kreditləşmə ilə bağlı müzakirələr aparılıb.

Təqdimatla çıxış edən ASK-nın baş katibi Natəvan Məmmədova Konfederasiyanın fəaliyyəti, əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla birgə təşkil etdiyi tədbirlər, görüşlər barədə ətraflı məlumat verib. N.Məmmədova deyib ki, ASK-nın tərkibində fəaliyyət göstərən Maliyyə institutları üzrə iş Komissiya və Amcham-ın Bank, maliyyə və sığorta məsələləri üzrə Komitəsinin üzvlərinin bir araya gətirilməsi hər iki tərəfin real sektorun və maliyyə institutlarının ehtiyaclarının tələb olunan qaydada təmin olunması üçün sosial dialoqdan istifadə olunmasına geniş ehtiyac duyulur.

Daha sonra Amcham-ın Bank, maliyyə və sığorta məsələləri üzrə Komitəsinin sədri Aytən Rüstəmova qeyd edib ki, görüşdə mühasibat uçotu və hesabatların verilməsində çatışmazlıqlar, hüquqi məhdudiyyətlərə baxış, biznes mühitində korporativ idarəetmə məsələləri, biznesin effektivliyi, şirkətlərə köməklik, maliyyə institutlarının gözləntiləri və s. məsələlərin müzakirəsi vacib hesab olunur.

ASK-nın tərkibində fəaliyyət göstərən Maliyyə institutları üzrə iş Komissiyasının sədri Zakir Nuriyev bildirilib ki, ölkədə sənaye, iqtisadiyyat və kənd təsərrüfatının inkişafını sürətləndirmək ölkə rəhbərliyinin apardığı siyasətin əsas istiqamətlərindən biridir. Dünya təcrübəsi göstərir ki, banklar bilavasitə bu sahədə çox vacib rol oynayır.

Z.Nuriyev qeyd edib ki, son zamanlar müştərilərlə maliyyə institutları (biznes icması/real sektor) arasında dialoqun yaradılması, ölkədə mikro, kiçik və korporativ sektorlarda kreditləşməyə marağın artması əhəmiyyətli məsələ kimi xüsusi diqqət mərkəzindədir. Ölkədə problemli kreditlərin həcminin artmasının qarşısının alınması üçün bankların birgə tədbir görməsinə ehtiyac yaranıb.

Tədbirdə çıxış edən digər bank rəhbərləri də çıxış yolunu əhalinin maliyyə savadlarının artırılmasında gördülər.

Görüşün sonunda səslənən təkliflərin toplanaraq vahid qaydada hazırlanması və mühüm məsələlərin təkrar müzakirəsi məqsədilə Mərkəzi Banka təqdim olunması qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi