Azərbaycanın biznes missiyası Almaniyaya səfər edəcək

Azərbaycanın biznes missiyası Almaniyaya səfər edəcək Yerli işgüzar dairələr səfərdə iştiraka dəvətlidirlər
Biznes
31 Mart , 2017 20:45
Azərbaycanın biznes missiyası Almaniyaya səfər edəcək
courtesy image

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanda meyvə və tərəvəzin yetişdirilməsi və emalı üzrə ixtisaslaşan şirkətlərin nümayəndələrinin bu il aprelin 24-28-də Almaniyanın Bavariya vilayətinə səfəri planlaşdırılır.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Səfərin əsas məqsədi Azərbaycanın müvafiq şirkətlərini Bavariyanın avadanlıq istehsalçıları, o cümlədən meyvə və tərəvəz yetişdirilməsi, emalı üçün yeni texnologiyalarla tanış etməkdən ibarətdir.

Səfərdə iştirak etmək üçün 160 avro məbləğində rüsum, viza rüsumu və beynəlxalq nəqliyyat xərcləri iştirakçılar tərəfindən, digər xərclər isə Bavariya vilayəti tərəfindən ödəniləcək. Azərbaycanda qeyd edilən sahədə fəaliyyət göstərən işgüzar dairələr səfərdə iştiraka dəvətlidir.

Sözügedən sahə üzrə ixtisaslaşan şirkətlər ətraflı məlumat əldə etmək üçün “Azpromo”ya (tel.: (+994 12) 598 01 47/48 (daxili: 108), e-mail: [email protected]) müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi