Yuxarı

Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılmasında fərqlənənlər təltif edilib

Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılmasında fərqlənənlər təltif edilib 3092
© Report

Bakı. 12 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdikləri töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Abdullayev Akif Hacı oğlu

Feyzullayev Tural Hicrət oğlu

İsayev İdris Balakişi oğlu

Qasımlı Vüsal Əfras oğlu

Məmmədov Sahib Əli oğlu

Lətifov Ragim Əhəd oğlu

Rüstəmli Elsevər Mövlud oğlu

Vəliyev İlkin Etibar oğlu

Vəliyev Sərvər Yaqub oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Qədirov Ayaz Tofiq oğlu

Məmmədova Fərəh Fərahim qızı

Sadıqov Rafiq Fazil oğlu

Şahbazov Famil Fariz oğlu

Şirinov Şamil Vidadi oğlu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi