Azərbaycanın bank sektorundan vergi daxilolmaları 30% azalıb

Azərbaycanın bank sektorundan vergi daxilolmaları 30% azalıb Dövlət turizm sektoru üçün vergi güzəştlərinin tətbiqi ilə bağlı təkliflərə baxmağa hazırdır
Biznes
18 May , 2016 12:14
Azərbaycanın bank sektorundan vergi daxilolmaları 30% azalıb

Bakı. 18 may. REPORT.AZ/ "Mən, vətəndaş olaraq Azərbaycanda kazinoların olmasını istəməzdim. Lakin ola bilər ki, kazinolardan büdcəyə gəlir gəlsin". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov deyib ki, Vergilər Nazirliyi icraedici orqandır və əgər qanunverici orqan kazinoların açılması ilə bağlı qərar qəbul edərsə, Nazirlik onun icrasını təmin etməyə hazırdır.

Bununla yanaşı, nazir müavini turizm sektoruna vergi güzəştlərinin təqdim edilməsi məsələsinə də münasibət bildirib: "Əgər hesab edilsə ki, turizm sahəsi vergidən azad edilsin, bu məsələyə baxmaq olar. Əgər dövlətin sosial-iqtisadi siyasəti bunu tələb etsə, buna getmək olar".

Vergilər Nazirliyi Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib ki, Nazirlik elektron ticarətlə bağlı müvafiq qanun layihəsi hazırlayıb: "Bir il bundan öncə elektron ticarətlə bağlı Nazirlik tərəfindən qanun layihəsi hazırlanıb və hökumətə təqdim edilib. Ümumilikdə, layihə müsbət qarşılanıb".

Vergilər nazirinin müavini İlkin Vəliyev isə əlavə edib ki, bu ilin ilk 4 ayında Azərbaycanda bank sektorundan vergi daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 30% azalıb.

Son xəbərlər

Orphus sistemi