Yuxarı
    Bağlamaq

    Azərbaycanın balıqçılıq müəssisəsi səhmdarlarına hesabat verəcək

    Söhbət “Хudat Balıq” ASC-dən gedir

    Bakı. 23 iyun. REPORT.AZ/ İyulun 28-də saat 14:00-da “Хudat Balıq” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

    “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

    Məlumatda deyilir ki, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Xudat şəhəri, Müqtədir qəsəbəsində olacaq.

    Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması məsələsi daxildir.

    Xatırladaq ki, “Хudat Balıq” ASC 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 38 806 manatdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi