​Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalıb

​Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalıb Bu ölkələrlə ticarət dövriyyəsinin müsbət saldosu 23% azalıb
Biznes
20 Fevral , 2015 13:11
​Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalıb

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 12,1% azalaraq 2015-ci ilin yanvar ayında 1,074 mlrd. ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yanvarda bu ölkələrlə həyata keçirilən ticarət əməliyyatlarının 882,2 mln. dolları ixrac, 191,9 mln. dolları isə idxalın payına düşüb. Məlumata əsasən, hesabat dövründə Aİ ölkələrinə ixrac 16,47% azalıb, həmin ölkələrdən Azərbaycana idxal isə 16,25% artıb.

Nəticədə, yavnar ayında Aİ ölkələri ilə ticarət dövriyyəsində 690,4 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da əvvəlki ilin müvafiq dövründəki analoji göstəricidən 22,5% azdır.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar ayında Azərbaycanın məcmu ixracının 69,04%-i, idxalın isə 33,41%-i məhz Aİ ölkələri ilə həyata keçirilib. 

Ümumiyyətlə, yanvarda Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi əvvəlki illin müvafiq dövrü ilə müqayisədə 23,05% azalaraq 1,852 mlrd. dollar təşkil edib. Bu müddətdə idxal 7,16% artaraq 574,2 mln. dollar, ixrac 31,7% azalaraq 1,278 mlrd. dollar olub. Beləliklə, xarici ticarət dövriyyəsində 703,6 mln. dollarlıq müsbət saldo yaranıb.

Məlumata əsasən, hesabat ayında 3 251 çeşiddə mal idxal, 516 çeşiddə mal ixrac olunub.

Son xəbərlər

Orphus sistemi