Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi illik 17,64% azalaraq 2015-ci ilin birinci rübündə 2,697 mlrd. ABŞ dolları təşkil edib.
"Report"un
Hesabat dövründə həmin ölkələrdən Azərbaycana idxalda isə əksinə, artım müşahidə olunub. İdxal əməliyyatlarının həcmi illik 11,66% artaraq cari ilin birinci rübündə 617,5 mln. dollara yüksəlib. Bu, ölkənin ümumi idxalının 25,43%-nə bərabərdir.
Hesabata əsasən, İtaliya yenə də Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalıb. Bu ölkə ilə ticarət dövriyyəsi Azərbaycanın cəmi ixracının 15,25%-ni təşkil etməklə cari ilin I rübündə 886,1 mln. dollar olub. Hesabat dövründə İtaliyaya ixrac illik 44,52% azalaraq 773,6 mln. dollar, idxal isə 2,8 dəfə artaraq 112,5 mln. dollar təşkil edib.