Yuxarı
    Bağlamaq

    Azərbaycanın akkreditasiya sisteminin yenidən qurulmasının layihəsi hazırlanır

    AZPROMO: Bu vaxta qədər Azərbaycanda beynəlxalq əhəmiyyətli laboratoriyanın akkreditasiyadan keçməməsi ixracatçılara da problemlər yaradıb© Report.az

    Bakı. 14 iyul. REPORT.AZ/ "Fransada şərablarımızı 850 avroya analiz edirdilər. Amma Tarif Şurasının qərarına görə bizdə bu 256 manata başa gəlir". "Report" xəbər verir ki, bunu "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin direktoru Fazil Məmmədov deyib.

    F.Məmmədovun sözlərinə görə, sahibkarlar analizlərin nəticəsindən tam əmin ola bilərlər:

    "Almaniya və İtaliyanın akkreditasiya qurumları hazırda Azərbaycanın akkreditasiya sisteminin yenidən qurulmasının layihəsini işləyib hazırlayırlar".

    AZPROMO-nun rəhbəri Rüfət Məmmədov isə bildirib ki, bu vaxta qədər Azərbaycanda beynəlxalq əhəmiyyətli laboratoriyanın akkreditasiyadan keçməməsi ixracatçılara da problemlər yaradıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi