Yuxarı

​Azərbaycandan Rusiyaya yükdaşıma zamanı 14 qanun pozuntusu aşkar edilib

Yüklərin fitosanitar sertifikatı və markalanması olmayıb

Bakı. 3 may. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (RBFNFX) Dağıstan Respublikası üzrə mütəxəssisləri 2015-ci ilin aprelində Azərbaycandan daşınan yüklərdə 14 qanun pozuntusu aşkar ediblər.

“Report” RİA “Daqestan”a istinadən xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilir.

Məlumata görə, qanun pozuntuları fitosanitar sertifikat və məhsulun adı, mənşəyi və ixracatçısı haqqında məlumat verən markalanmanın olmaması üzrə qeydə alınıb.

“Belə ki, Azərbaycandan yükdaşınmaları zamanı 14 qanun pozuntusu halı aşkar edilib. Onların fitosanitar sertifikatı və məhsulun adı, mənşəyi və ixracatçını bildirən məlumat markalanması olmayıb”, - deyə İdarənin məlumatında qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi