​Azərbaycandan Rusiyaya ixrac kəskin azalıb

​Azərbaycandan Rusiyaya ixrac kəskin azalıb Azərbaycanın MDB ölkələrinə ixracı azalıb, idxal isə artıb
Biznes
24 İyun , 2015 16:45
​Azərbaycandan Rusiyaya ixrac kəskin azalıb

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 9,51% azalaraq 2015-ci ilin yanvar-may ayları ərzində 1 053,8 mln. dollara düşüb.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ixrac 44,88% azalaraq 171,0 mln. dollar, idxal isə əksinə 3,34% artaraq 882,8 mln. dollar təşkil edib. Hesabata əsasən, MDB ölkələrinin ümumi ixracda xüsusi çəkisi 3,24%, idxalda isə 21,7% olub.

MDB ölkələrinə ixracın 81,1%-i Rusiyanın payına düşür. Son bir ildə bu ölkəyə ixrac 42,86% azalaraq ilk beş ayda 138,6 mln. dollara enib, idxal isə əksinə, 28,9% artaraq 660,8 mln. dollara yüksəlib. Ölkə üzrə məcmu ixracın 2,62%-i, idxalın isə 16,24%-i Rusiya ilə aparılan ticarət əməliyyatlarının payına düşüb.

Qeyd edək ki, 2015-ci ilin yanvar-may ayları ərzində Azərbaycan 133 ölkə ilə 9 350 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət dövriyyəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,01% azalma müşahidə edilib. İdxal illik 15,91% artaraq 4 067,8 mln. dollar, ixrac 44,28% azalaraq 5 282,2 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi