Azərbaycandan Rusiyaya aparılan 16 ton süd məhsulu saxlanılıb

Azərbaycandan Rusiyaya aparılan 16 ton süd məhsulu saxlanılıb Müvafiq sənədləri olmadığı üçün yükün rəsmiləşdirilməsi dayandırılıb
Biznes
27 Oktyabr , 2016 00:54
Azərbaycandan Rusiyaya aparılan 16 ton süd məhsulu saxlanılıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) Moskva şəhəri, həmçinin Moskva və Tula vilayətləri üzrə idarələri Azərbaycandan paytaxt regionuna daxil olan 16,6 ton süd məhsulunun rəsmiləşdirilməsini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb.

Hazır süd məhsullarından ibarət yük (Pendir, kəsmik, xama, kərə yağı, qatıq, ayran) müvafiq sənədləri olmadığı üçün saxlanılıb və saxlanma kamerasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi