Azərbaycandan növbəti ixrac missiyası Dubaya gedəcək

Azərbaycandan növbəti ixrac missiyası Dubaya gedəcək Sərgi çərçivəsində seminar və ikitərəfli görüşlər təşkil ediləcək
Biznes
29 Noyabr , 2017 10:20
Azərbaycandan növbəti ixrac missiyası Dubaya gedəcək

Bakı. 29 noyabr. REPORT.AZ/ "Made in Azerbaijan" brendinin təşviqi məqsədi ilə bu il dekabrın 3-dən 7-dək İqtisadiyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərinə növbəti ixrac missiyasını təşkil edəcək. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, missiyada təmsil olunacaq meyvə-tərəvəz istehsalçıları dekabrın 5-7-də Dubayda keçiriləcək Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan "WOP Dubai"da da iştirak edəcəklər. Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgi çərçivəsində seminar və ikitərəfli görüşlər təşkil ediləcək.

Qeyd edək ki, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.

Son xəbərlər

Orphus sistemi