Yuxarı
    Bağlamaq

    Azərbaycandan MDB-yə ixrac artıb

    Ölkə üzrə cəmi ixracın 6,57%-i, idxalın isə 16,72%-i məhz MDB ölkələrinin payına düşüb

    Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycandan MDB ölkələrinə ixrac illik 49,46% artaraq cari ilin yanvar-mart ayları ərzində 117 037,3 min dollara yüksəlib.

    Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, MDB ölkələrindən Azərbaycana idxal isə əksinə 35,16% azalaraq 305 250,69 min dollara enib.

    Hesabata əsasən, ölkə üzrə cəmi ixracın 6,57%-i, idxalın isə 16,72%-i məhz MDB ölkələrinin payına düşüb.

    MDB ölkələrindən Belarus, Qazaxıstan, Moldova, Tacıkistan, Türkmənistan, Ukraynaya ixrac artıb, Qırğızıstan, Özbəkistan, Rusiyaya isə azalıb. İdxala gəlincə, yalnız Qazaxıstan, Qırğızıstan üzrə artım, digərlərində isə azalma qeydə alınıb.

    Bu müddətdə Rusiyaya ixrac 24,49% azalaraq 46 139,19 min dollar, idxal 38,48% azalaraq 206 171,77 min dollar, Ukraynaya ixrac 20,74% artaraq 3 604,58 min dollar, idxal 51,89% azalaraq 38 525,58 min dollar, Qazaxıstana ixrac 12,35% artaraq 3 396,61 min dollar, idxal 55,27% artaraq 41 203,71 min dollar təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi