Azərbaycandan ixrac kəskin azalıb

Azərbaycandan ixrac kəskin azalıb Xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfədən çox azalıb
Biznes
18 Noyabr , 2015 11:40
Azərbaycandan ixrac kəskin azalıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi illik müqayisədə 35,21% azalaraq 2015-ci ilin yanvar-oktyabr ayları ərzində 17 205,9 mln. ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal 1,08% artaraq 7 440,9 mln. dollar, ixrac əməliyyatlarının həcmi isə 49,13% azalaraq 9 765 mln. dollar olub.

Beləliklə, xarici ticarət əməliyyatlarında 2 324 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfədən çox azdır. Belə ki, ötən ilin müvafiq dövründə idxal 7 361,9 mln. dollar, ixrac 19 195 mln. dollar olmaqla ticarət dövriyyəsinin müsbət saldosu 11 833,1 mln. dollar həcmində olub.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 6 005 çeşiddə mal idxal olunub. İxrac mallarının çeşidi isə daha az, 2 333 ədəd təşkil edib. 

Son xəbərlər

Orphus sistemi