Yuxarı

Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixrac kəskin azalıb

İdxal isə əksinə cüzi artıb

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixrac azalıb, idxal isə əksinə artıb.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycandan həmin ölkələrə 3 mlrd. 805,2 mln. dollar həcmində ixrac həyata keçirilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 35,17% azdır. Bildirilir ki, bu ölkələrə ixrac ölkənin məcmu ixracının 61,06%-ni əhatə edib.

Bu müddətdə həmin ölkələrdən Azərbaycana idxal isə illik 3,65% artaraq cari ilin birinci yarısında 1 mlrd. 325,4 mln. dollara çatıb. Aİ ölkələrinədən idxal ölkə üzrə məcmu idxal həcminin 28,21%-ni təşkil edib.

Qeyd edək ki, ölkə üzrə məcmu ixracın da 21,23% məhz Aİ ölkələrindən İtaliyanın payına düşüb. İtaliyaya ixrac ötən ilin birin yarısı ilə müqayisədə 51,33% azalaraq 1,322,9 mln. dollar, idxal isə 2,2dəfə artaraq 231,7 mln. dollar olub. Bu isə ölkə üzrə məcmu idxalın 4,93%-i həcmindədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi