Azərbaycandakı səhmdar cəmiyyətlərindən biri müflis elan oluna bilər

Azərbaycandakı səhmdar cəmiyyətlərindən biri müflis elan oluna bilər Avqustun 16-da, saat 12:00-da Qaradağ Tikinti Quraşdırma ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Biznes
15 İyul , 2019 14:34
Azərbaycandakı səhmdar cəmiyyətlərindən biri müflis elan oluna bilər

Avqustun 16-da, saat 12:00-da "Qaradağ Tikinti Quraşdırma" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. 

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 16H ünvanında olacaq. 

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 

1. İdarə heyətinin sədrinin seçilməsi;
2. Cəmiyyətin vergi öhdəlikləri barədə müzakirələr;
3. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müzakirələr;
4. Cəmiyyətin müflis elan olunmasına dair müzakirələr;
5. Cəmiyyətin səhmdarların mülkiyyətində olan səhmlərinin alqı-satqıya çıxarılmasına dair müzakirələr.

Son xəbərlər

Orphus sistemi