Azərbaycandakı səhmdar cəmiyyətlərindən biri ləğv olunur

Azərbaycandakı səhmdar cəmiyyətlərindən biri ləğv olunur Bakı. 11 noyabr. REPORT.AZ/ Dekabrın 29-da “Billur” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Biznes
11 Noyabr , 2017 15:43
Azərbaycandakı səhmdar cəmiyyətlərindən biri ləğv olunur

Bakı. 11 noyabr. REPORT.AZ/ Dekabrın 29-da “Billur” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq saat 11:00-da Cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti (keçmiş Telnov küçəsi), 29 ünvanındakı inzibati binasında (poliklinikanın arxasındakı 1 mərtəbəli binada) olacaq.

Yığıncağın gündəliyinə müəssisənin ləğv olunması, onun qiymətli kağızlarının (səhmlərinin) dövriyyədən çıxarılması, ləğvetmə komissiyasının (təsviyəçisinin) təyin olunması məsələləri daxildir. 

Son xəbərlər

Orphus sistemi