Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri ciddi dəyişikliklərə hazırlaşır

Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri ciddi dəyişikliklərə hazırlaşır Söhbət "Hədiyyələr" ASC-dən gedir
Biznes
10 Yanvar , 2017 09:23
Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri ciddi dəyişikliklərə hazırlaşır

Bakı. 10 yanvar. REPORT.AZ/ Fevralın 23-də, saat 11:00-da “Hədiyyələr” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 31 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı ilin yekunları üzrə icra orqanlarının hesabatının dinlənilməsi və balansın təsdiqi, eləcə də onun nizamnaməsinin yeni redaksiyada təsdiqi, müəssisənin ümumi yığıncağı, Müşahidə Şurası (MŞ), direktoru və müfəttişi haqqında əsasnamələrin təsdiqi, MŞ-nın və onun sədrinin seçilməsi, müfəttişin təyin edilməsi, dividendlərin verilməsi qaydasının müəyyən edilməsi kimi məsələlər daxildir.

Xatırladaq ki, “Hədiyyələr” ASC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 564 004 manatdır. 

Son xəbərlər

Orphus sistemi