Azərbaycanda yerli istehsal olan yumurtanın keyfiyyəti ilə bağlı daxil olan şikayətin əsassız olduğu üzə çıxıb

Azərbaycanda yerli istehsal olan yumurtanın keyfiyyəti ilə bağlı daxil olan şikayətin əsassız olduğu üzə çıxıb Bakı. 16 fevral. REPORT.AZ/ Bakı şəhər sakini mağazadan aldığı və yerli istehsal olan yumurtanı qaynatdıqdan sonra plastmasabənzər maddənin yarandığı barədə İqtisadiyyat Nazirliyinə müraciət edib. 
Biznes
16 Fevral , 2018 13:48
Azərbaycanda yerli istehsal olan yumurtanın keyfiyyəti ilə bağlı daxil olan şikayətin əsassız olduğu üzə çıxıb

Bakı. 16 fevral. REPORT.AZ/ Bakı şəhər sakini mağazadan aldığı və yerli istehsal olan yumurtanı qaynatdıqdan sonra plastmasabənzər maddənin yarandığı barədə İqtisadiyyat Nazirliyinə müraciət edib. 

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumata görə, bununla bağlı qurumun İstehlak Mallarının Ekspertizası Mərkəzi yumurtanın alındığı mağazadan nümunələr və qaynadılarkən plastmasabənzər maddənin yarandığı bildirilən yumurtaların qalan hissəsi götürülərək laborator müayinə aparılıb. Müayinə nəticəsində yumurtaların keyfiyyətində heç bir nöqsan aşkar edilməyib, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normalara tam uyğun olduğu müəyyən edilib. Qaynadılarkən yarandığı iddia edilən plasmasabənzər maddənin isə yumurtaya heç bir aidiyyəti olmayıb. 

Qeyd edək ki, ötən illərdə də vətəndaş müraciətləri və monitorinqlər əsasında istehlak bazarından götürülmüş nümunələr üzrə aparılmış laborator müayinələr zamanı yumurtanın keyfiyyəti ilə bağlı heç bir nöqsan aşkar olunmayıb.

Son xəbərlər

Orphus sistemi