Azərbaycanda yeni fərdi vergilər tətbiq olunur - YENİLƏNİB

Azərbaycanda yeni fərdi vergilər tətbiq olunur - YENİLƏNİB Aparıcı, çalğıçı, rəqqas, aşıq, kloun, fotoqraf, ustalar, ev qulluqçusu, dayə, bağban, aşbaz, gözətçi və s. sabit aylıq vergi ödəyəcəklər
Biznes
14 Dekabr , 2016 16:38
Azərbaycanda yeni fərdi vergilər tətbiq olunur - YENİLƏNİB

İlk xəbər saat 14:47-də verilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat müəyyən edilir.

"Report"un verdiyi xəbərə görə, Vergilər Məcəlləsinə yeni maddənin əlavə edilməsi nəzərdə tutulur.

Əlavəyə əsasən, foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manat, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olanlar üçün 5 manat, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlər üçün 10 manat, nəqqaşlıq emalatxanalarının fəaliyyəti üçün 20 manat nəzərdə tutulub. 

***

Qeyd edək ki, bu fəaliyyət növbləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;

- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;

- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.

Son xəbərlər

Orphus sistemi