Azərbaycanda yanvarda ixrac malları üzrə 900-dən çox ekspertiza aktı tərtib edilib

Azərbaycanda yanvarda ixrac malları üzrə 900-dən çox ekspertiza aktı tərtib edilib Ekspertizalar gömrükdən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə keçirilib
Biznes
4 Fevral , 2016 14:34
Azərbaycanda yanvarda ixrac malları üzrə 900-dən çox ekspertiza aktı tərtib edilib

Bakı. 4 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən bu ilin yanvar ayı ərzində Azərbaycanın gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müvafiq ekspertizalar keçirilib.

“Report” Mərkəzə istinadən xəbər verir ki, bu yoxlamaların nəticələrini təsdiq edən 900-dən çox ekspertiza aktı tərtib olunub.

Həmin dövr ərzində Mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında 160-dan çox analiz aparılıb.

Son xəbərlər

Orphus sistemi