Azərbaycanda "Toyota" avtomobillərinin bir sıra modelləri ucuzlaşdırılıb

Azərbaycanda "Toyota" avtomobillərinin bir sıra modelləri ucuzlaşdırılıb Endirim kampaniyası 4 avtomobil modelini əhatə edib
Biznes
15 İyun , 2015 12:29
Azərbaycanda Toyota avtomobillərinin bir sıra modelləri ucuzlaşdırılıb

Bakı. 15 iyun. REPORT.AZ/ Yaponiyanın “Toyota" avtomobil brendinin Azərbaycandakı rəsmi dileri olan “Toyota Bakı Mərkəzi” bir sıra modellərin satış qiymətlərində endirim edib. 

“Report” xəbər verir ki, endirimdən əvvəlki qiyməti 23 900 manat olan “Toyota Corolla”nın “Elegance” modeli güzəştlə satılanlar sırasındadır, modelin hazırkı qiyməti 22 100 manatdır.

Endirimdə olan digər bir model isə “Toyota Camry 2.5”in “Comfort”udur, modelin qiyməti əvvəlki 34 500 manatdan 29 700 manata, "Toyota Rav4”ün qiyməti isə 31 700 manatdan 29100 manata salınıb. Bununla yanaşı, "Toyota Land Cruiser 200" avtomobil modeli isə 105 200 manatdan 92 300 manata qədər ucuzlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi