Azərbaycanda toplanan​ gömrük rüsumlarının həcmi kəskin azalıb

Azərbaycanda toplanan​ gömrük rüsumlarının həcmi kəskin azalıb Ötən ilin iyul ayı ilə müqayisədə gömrük rüsumlarının həcmi 38% azalıb
Biznes
6 Avqust , 2015 12:20
Azərbaycanda toplanan​ gömrük rüsumlarının həcmi kəskin azalıb

Bakı. 6 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində Azərbaycan dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə ümumilikdə 141,6 mln. manat həcmində vəsait daxil olub.

"Report"un DGK-nin yaydığı hesabata istinadən verdiyi xəbərə görə, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,335 mln. manat və ya 4,7% çoxdur.

Aylıq büdcə daxilolmalarının 31,058 mln. manatı (21,94%) gömrük rüsumları, 100,633 mln. manatı (71,07%) ƏDV, 8,437 mln. manatı (5,96%) aksizlər, 1,463 mln. manatı (1,03%) yol vergisinin payına düşüb.

Ötən ilin iyul ayı ilə müqayisədə gömrük rüsumlarının həcmi 37,9% azalıb, aksizlərin həcmi 67,8%, yol vergisinin həcmi 1,3%, ƏDV-nin həcmi isə 27,8% artıb.

Son xəbərlər

Orphus sistemi