Azərbaycanda "Texniki reqlament haqqında" qanun layihəsi hazırlanıb

Azərbaycanda "Texniki reqlament haqqında" qanun layihəsi hazırlanıb Sənədin tezliklə Milli Məclisdə təsdiq ediləcəyi gözlənilir
Biznes
12 Aprel , 2017 10:16
Azərbaycanda Texniki reqlament haqqında qanun layihəsi hazırlanıb
Report.az

Bakı. 12 aprel. REPORT.AZ/ Milli Məclisə "Texniki reqlament haqqında" qanun layihəsi təqdim edilib. 

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən IV Beynəlxalq "Caspian Energy Forum-2017"-də çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məlumat verib. 

"İnanıram ki, yaxın vaxtlarda parlament bu sənədi qəbul edəcək", - deyə o, qeyd edib. 

R.Həsənovun sözlərinə görə, ilk dəfə bu qanun layihəsi 2008-ci ildə hazırlanaraq hökumətə təqdim edilib: "2008-ci ildə Avropa İttifaqı ilə keçirdiyimiz Tvinninq layihəsi çərçivəsində "Texniki reqlament haqqında" qanun layihəsini hazırlayıb hökumətə təqdim etmişdik. Daha sonra ona bir sıra dəyişikliklər etdik və bu yaxınlarda yeni formada Milli Məclisə göndərilib".

Komitə sədri onu da deyib ki, hazırda Azərbaycanda 940 standart var: "Bu standartların təxminən 45%-i beynəlxalq standartlara uyğunlaşdırılıb. Hazırda 92 Azərbaycan əmtəə nişanı beynəlxalq əqli mülkiyyət təşkilatı tərəfindən "Made in Azerbaijan" brendi adı altında qorunur".

Son xəbərlər

Orphus sistemi