Azərbaycanda tətbiq olunan vergi güzəştlərinin ümumi dəyəri 3 mlrd. manatdır

Azərbaycanda tətbiq olunan vergi güzəştlərinin ümumi dəyəri 3 mlrd. manatdır Nazir müavini: "Un məmulatları ilə bağlı tətbiq edilən 18%-lik vergi güzəştinin dəyəri ildə 50 mln. manatdır"
Biznes
6 Aprel , 2016 11:01
Azərbaycanda tətbiq olunan vergi güzəştlərinin ümumi dəyəri 3 mlrd. manatdır

Bakı. 6 aprel. REPORT.AZ/ "İl ərzində toylardan bir neçə min manat qazanan şou-biznes adamları ilin sonunda 40-50 manat vergi ödəyirlər". "Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən "Açıq qapı" günündə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, şou-biznes nümayəndələrinin çoxunun heç VÖEN-i də olmayıb. 

"Un məmulatları ilə bağlı tətbiq edilən 18%-lik (ƏDV - "Report") vergi güzəştinin dəyəri ildə 50 mln. manatdır. Vergi güzəştləri tətbiq ediləndən sonra onların ümumi dəyəri 3 mlrd. manatdır", - deyə nazir müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi