Azərbaycanda təsdiq edilmiş qiymətlə satılan dərman vasitələrinin sayı 10 minə çatıb

Azərbaycanda təsdiq edilmiş qiymətlə satılan dərman vasitələrinin sayı 10 minə çatıb Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib
Biznes
1 Sentyabr , 2016 14:32
Azərbaycanda təsdiq edilmiş qiymətlə satılan dərman vasitələrinin sayı 10 minə çatıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gündən Azərbaycanda dövlət qeydiyyatına alınmış daha 2503 dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri qüvvəyə minib. İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, bununla da, artıq dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, bütünlükdə qeydiyyatda olan 9850 dərman vasitəsi tənzimlənmiş qiymətlərlə satışdadır.

Beləliklə, 2016-cı il 1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər. Dərman vasitələrinin tənzimlənmiş qiymətləri Tarif (qiymət) Şurasının rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi