Azərbaycanda süni qiymət artımına qarşı Tədbirlər Planı hazırlanır

Azərbaycanda süni qiymət artımına qarşı Tədbirlər Planı hazırlanır Prosesdə antiinhisar xidməti və korrupsiyaya qarşı mübarizə idarəsi iştirak edir
Biznes
25 Dekabr , 2015 13:28
Azərbaycanda süni qiymət artımına qarşı Tədbirlər Planı hazırlanır

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanda manatın məzənnəsində baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı hazırlanır.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinə istinadən xəbər verir ki, süni qiymət artımı və mal qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol verən şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti dekabrın 21-dən "üzən məzənnə" rejiminə keçidlə bağlı qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi