Yuxarı
    Bağlamaq

    Azərbaycanda Strateji Yol Xəritəsinin icrasına 27 mlrd. manat lazımdır

    Bu vəsait dövlət və özəl mənbələr hesabına təmin ediləcək

    Bakı. 9 dekabr. REPORT.AZ/ “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş bütün sektorlar üzrə strateji hədəflərə nail olmaq üçün 27 mlrd. manat məbləğində investisiyanın tələb olunacağı proqnozlaşdırılır. 

    “Report” xəbər verir ki, bu barədə adı çəkilən sənəddə bildirilir.

    Strateji Yol Xəritəsinə əsasən, bu vəsait dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək. Söhbət dövlət büdcəsindən, büdcədənkənar fondlardan, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən, yerli büdcələrdən, mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitlərindən, birbaşa xarici investisiyalardan, ölkənin bank sisteminin kreditlərindən və qrantlarından, beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditlərindən, texniki və maliyyə yardımlarından, qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən gedir.

    Maliyyə vəsaitlərinin müəyyən edilmiş strateji hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaq. Tələb olunan maliyyə vəsaitlərinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi