Azərbaycanda Strateji Yol xəritələrinin icrasına QHT sektorunun cəlb edilməsi təklif olunur

Azərbaycanda Strateji Yol xəritələrinin icrasına QHT sektorunun cəlb edilməsi təklif olunur Əliməmməd Nuriyev: " Strateji Yol xəritələrinin icrası istiqamətində monitorinq aparmaq niyyətindəyik"
Biznes
10 Aprel , 2017 10:51
Azərbaycanda Strateji Yol xəritələrinin icrasına QHT sektorunun cəlb edilməsi təklif olunur

Bakı. 10 aprel. REPORT.AZ/ "Biz istəyirik ki, təkcə Bakı şəhərində Strateji Yol xəritələrinə həsr edilmiş daha 10 tədbir keçirək". "Report" xəbər verir ki, bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkil etdiyi "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlar üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri" mövzusundakı kofransda çıxış edən Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib.

Ə.Nuriyev regionlarda da 4 belə tədbirin keçiriləcəyini qeyd edib: "Strateji Yol xəritələrinin hazırlanmasında vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib. Təklif edirəm ki, bu yol xəritələrinin icrasına da QHT sektoru cəlb edilsin. Strateji Yol xəritələrinin icrası istiqamətində monitorinq aparmaq niyyətindəyik. Artıq bununla bağlı donorlarla danışıqlar aparırıq və Avrasiya Əməkdaşlıq Təşkilatı bizə dəstək verməyə hazır olduğunu bildirib".

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı isə bildirib ki, Strateji Yol xəritələrinin icrası zamanı bütün proseslərə vətəndaş cəmiyyəti institutları cəlb ediləcək.

Son xəbərlər

Orphus sistemi