Azərbaycanda soyuducu istehsalı azalıb

Azərbaycanda soyuducu istehsalı azalıb Bu il ölkədə 788 televizor və 180 məişət kondisioneri istehsal edilib
Biznes
28 May , 2015 13:19
Azərbaycanda soyuducu istehsalı azalıb

Bakı. 28 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda məişət soyuducularının istehsalı 21,6% azalaraq 753 ədədə düşüb. Nəticədə cari il mayın 1-nə ölkədə 968 ədəd hazır məhsul ehtiyatı yaranıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ölkədə həmçinin 180 ədəd məişət kondisioneri istehsal olunub. Beləliklə, cari il mayın 1-nə hazır məhsul ehtiyatı 2 241 ədədə çatıb. 

Bununla yanaşı, hesabat dövründə ölkədə 788 ədəd televizor istehsal olunub və hazır məhsul ehtiyatı dövrün sonuna 4 454 ədədə yüksəlib.

Bildirək ki, 2014-cü ildə soyuducu istehsalı 3 850, kondisioner istehsalı 1 275 ədəd, 2013-cü ildə isə müvafiq olaraq 6,7 min və 9,4 min təşkil edib. 2013-cü ildə televizor istehsalı 24,4 min ədəd olub.

Qeyd edək ki, sənaye muəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki səxslər tərəfindən cari ilin yanvar-aprel aylarında 8,5 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövrü ilə muqayisədə 3,7% çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 62,3%-i mədənçıxarmada, 28,5%-i emal bölməsində, 8,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Son xəbərlər

Orphus sistemi