Azərbaycanda siqaret yenə ucuzlaşdı

Azərbaycanda siqaret yenə ucuzlaşdı Ayın əvvəlindən bir neçə tütün məmulatının qiyməti düşüb
Biznes
2 Mart , 2016 13:17
Azərbaycanda siqaret yenə ucuzlaşdı

Bakı. 2 mart. REPORT.AZ/  Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən “Imperial Tobacco” şirkəti bazara təqdim etdiyi tütün məhsullarının qiymətini azaldıb. Şirkətdən "Report"a bildirilib ki, yeni ayın əvvəlindən etibarən məhsulları artıq yeni qiymətlərlə satışa çıxarılıb.

"Bu, Azərbaycan manatının xarici valyutalara qarşı möhkəmlənməsi fonunda baş verib", - deyə şirkətdən əlavə ediblər. 

Qeyd edək ki, “Imperial Tobacco”ya məxsus siqaret brendlərinin yeni pərakəndə satış qiymətləri aşağıdakı kimidr:

"Prima Deluxe" – 1, 40 AZN

"ClassicKingSize" – 1,60 AZN

"Imperial ClassicSlims və Imperial ClassicCompact" – 1, 80 AZN

"WestCompact" – 2 AZN

"P&S" – 2 AZN

"Davidoff" – 3 AZN.

Son xəbərlər

Orphus sistemi