Azərbaycanda sahibkarlara bu il ödənilən ixrac təşviqinin məbləği 2 mln. manata yaxınlaşır - ƏLAVƏ OLUNUB

Azərbaycanda sahibkarlara bu il ödənilən ixrac təşviqinin məbləği 2 mln. manata yaxınlaşır - ƏLAVƏ OLUNUB İlk xəbər saat 11:40-da verilib
Biznes
12 İyun , 2018 11:51
Azərbaycanda sahibkarlara bu il ödənilən ixrac təşviqinin məbləği 2 mln. manata yaxınlaşır - ƏLAVƏ OLUNUB
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov / Report
0 : 00
0 : 00

İlk xəbər saat 11:40-da verilib

Bakı. 12 iyun. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycan sahibkarından ixracla bağlı 319 müraciət daxil olub.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ənənəvi bazarlarla yanaşı, qeyri-ənənəvi bazarlar da araşdırılır: "Bu ölkələr Qazaxıstan, Kanada, Çexiya və Cənubi Koreyadır". 

Nazir müavini həmçinin deyib ki, bu ilin əvvəlindən yerli iş adamlarına 1,748 mln. manat ixrac təşviqi ödənilib. 

Onun sözlərinə görə, 2018-ci ildə beynəlxalq sərgilərdə iştirak nəticəsində bağlanmış müqavilələrin hesabına dəyəri 2,3 mln. dollardan çox ixrac həyata keçirilib. Azərbaycan malları 27 ölkəyə göndərilib. 

***

"İxracın artırılması üçün konkret addımlar atılır. Bu il qeyri-neft sektorundan ixrac 19,3%, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracı 12,9%, sənaye məhsullarının ixracı 23,65% artıb. Azərbaycandan 1 936 adda məhsul ixrac edilib", - R.Məmmədov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi