Azərbaycanda qum-çınqıl istehsalı müəssisəsi özəlləşdirməyə çıxarılıb

Azərbaycanda qum-çınqıl istehsalı müəssisəsi özəlləşdirməyə çıxarılıb Bakı. 25 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 23-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.
Biznes
25 Dekabr , 2017 11:43
Azərbaycanda qum-çınqıl istehsalı müəssisəsi özəlləşdirməyə çıxarılıb
Report

Bakı. 25 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 23-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.

“Report” Komitəyə istinadən xəbər verir ki, hərraca 26-sı kiçik dövlət müəssisə və obyekti, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 35-i isə nəqliyyat vasitəsi olmaqla 96 dövlət əmlakı çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr - “Kürdəmir Kəndkimya”, “Ağcabədi Aqrotexservis”, “Xırdalan yük nəqliyyat”, “Zaqatala Sənaye Kombinatı”, “Xosrov Metal Plastmas” və s. var. Onların hərraca çıxırılan səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında ilkin start qiyməti ən çox olan əmlak “Mingəçevir Qum Çınqıl” ASC-dir. Bu müəssisənin səhmlərinin 30%-i 155 min manata təklif olunur. Qiymətində digərlərindən fərqlənən əmlak “Yevlax Kəndkimya Təchizat” ASC-dir. Həmin əmlakın 30% səhmi isə 111 min manata yaxın təklif olunur.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Şəki, Beyləqan, İsmayıllı, Neftçala və digər şəhər və rayonlarda yerləşir.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahələrindən isə 9-u paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 13 - 3013 kv.m arasında dəyişir.

Hərraca investisiya tələb edən əmlaklar da çıxarılıb. Bunlardan İmişli rayonunda yerləşən 127 kv.m-lik qeyri-yaşayış binasını nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 5 500 manat təşkil edir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3127

Son xəbərlər

Orphus sistemi