Yuxarı
    Bağlamaq

    Azərbaycanda qiymətli metal və daşlara nəzarət xidməti büdcəyə 1,3 mln. manat köçürüb

    Dövlət Xidməti tərəfindən ötən il 150 lisenziya verilib, 13 lisenziyanın fəaliyyəti dayandırılıb, 6-sı ləğv edilib

    Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ildə 1,3 mln. manat həcmində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

    "Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Dövlət Xidməti tərəfindən ötən il sahibkarlar tərəfindən edilmiş müraciətlərə əsasən 150 xüsusi razılıq (lisenziya) verilib. Onlardan 14-ü qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi, 135-i dövriyyəsi, 1-i istehsalı və 14-ü xüsusi razılığın (lisenziyanın) surətini təşkil edib, 13 lisenziyanın fəaliyyəti dayandırılıb, 6 lisenziya ləğv edilib, 78,6 min manat məbləğində dövlət rüsumu ödənilib.

    Xidmət tərəfindən "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun tələblərinə əməl edilməsinə riayət edilməsi məqsədilə 2014-cü ildə 15 sahibkarlıq fəaliyyəti subyektində yoxlama aparılıb və ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 5 816 ədəd məmulat götürülüb. Onların üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib, bu izlər təmizlənib və məmulat müvafiq əyarlara uyğun dövlət əyar damğası ilə damğalanıb.

    Yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati tənbehin tətbiq edilməsi haqqında qərar çıxarılıb və ümumilikdə 18 min manat məbləğində cərimə ödənilib.

    Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü ildə 1,217 mln. manat dövlət rüsumu ödənilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi