Yuxarı
    Bağlamaq

    Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% artıb

    Ərzaq məhsullarının satışı 3%, qeyri-ərzaq məhsullarının isə 0,8% artıb

    Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında istehlakçılara 23,9 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% çox məhsul satılıb. 

    Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Məlumatda deyilir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3%, qeyri-ərzaq məhsulları üzrə isə 0,8% artıb.

    Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabılar, 6,6%-i elektrik malları və mebel, 5,7%-i avtomobil yanacağı, 1,4%-i əczaçılıq və tibbi mallar, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi