Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% artıb Əhalinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin yarısı ərzaq məhsulları, içki və tütün məmulatlarının payına düşür
Biznes
11 Avqust , 2016 17:58
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% artıb

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-iyul aylarında istehlakçılara 16 169,5 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2% çox məhsul satılıb. 

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydıığı məlumatda qeyd edilib.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,8%, qeyri-ərzaq məhsulları üzrə isə 0,6% artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabılar, 6,4%-i elektrik malları və mebel, 5,7%-i avtomobil yanacağı, 1,4%-i əczaçılıq və tibbi mallar, 0,8%-i kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 18,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Son xəbərlər

Orphus sistemi