Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2%-dək artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2%-dək artıb Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 16% artıb
Biznes
15 May , 2017 11:11
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2%-dək artıb

Bakı. 15 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların ümumi dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,7% üstələyərək 10,2 mlrd. manata bərabər olub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsinin 50,6%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,4%-ni qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,6% və 2,7% üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsulları, 5,4%-i içkilər və tütün məmulatları, 17,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabı, 6,4%-i elektrik malları və mebel, 4,9%-i avtomobil yanacağı, 1,3%-i əczaçılıq və tibbi mallar, 0,8%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsulları, 18,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-aprel aylarında istehlak məhsullarının 11,4%-i hüquqi şəxs statuslu müəssisələr, 53,5%-i fərdi sahibkarlar tərəfindən, 35,1%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 2,7%, fərdi sahibkarlar üzrə 2,5% artıb, bazar və yarmarkalar üzrə isə sabit qalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 263,5 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 36,0 manat və ya 15,8% çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 133,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Son xəbərlər

Orphus sistemi