Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1,7% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1,7% artıb Hesabat dövründə ərzaq məhsullarının satışı 2,6% artıb
Biznes
13 Dekabr , 2016 12:45
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1,7% artıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılara 26,3 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7% çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən xəbərə görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,6%, qeyri-ərzaq məhsulları üzrə isə 0,7% artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 49,7%-i ərzaq məhsulları, içki və tütün məmulatları, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabı, 6,6%-i elektrik malları və mebel, 5,7%-i avtomobil yanacağı, 1,5%-i əczaçılıq və tibbi mallar, 0,8%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsulları, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Son xəbərlər

Orphus sistemi