Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1,6% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1,6% artıb Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 272,4 manat olub
Biznes
13 Aprel , 2017 12:20
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1,6% artıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,6% üstələyərək 7,9 mlrd. manata bərabər olub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsinin 4,0 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,9 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,7% və 2,6% üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,5%-i ərzaq məhsullarının, 5,5%-i içkilər və tütün məmulatlarının, 17,7%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,2%-i elektrik mallarının, 4,9%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,9%-i mebellərin, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-mart aylarında istehlak məhsullarının 11,2%-i hüquqi şəxs statuslu müəssisələr, 53,4%-i fərdi sahibkarlar tərəfindən, 35,4%-i isə bazar və yarmarkalarda satılıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 272,4 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 36,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 138,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 133,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Son xəbərlər

Orphus sistemi