Yuxarı

Azərbaycanda özəl sektorun borcu hesablanacaq

Daxili borclanamaya getməklə iqtisadiyyatın müstəqilliyini təmin etmişik

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın həm dövlət, həm də özəl sektorun borcunu hesablamalı, onun statistikasını aparmalıyıq. Bu statistikanın aparılması özəl müəssəsilər üçün də önəmlidir.

“Report”un verdiyi xəbərə görə, bu barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, reytinq alınması məsələsinə məhz özəl müəssisələrin borcunun qaytarılmaması halları da təsir edir. O qeyd edib ki,, borclanma ilə əlaqədar Mərkəzi Bankın hüquqları artırılacaq.

Z.Səmədzadə, həmçinin bildirib ki, tədiyyə balansının statistik göstəriciləri də yaxşılaşdırılmalıdır.

Onun sözlərinə görə, daxili borclanma aşağı səviyyədədir. "Bu səbəbdən də daxili borclanmaya gedirik. Daxili borclanmaya getməklə iqtisadiyyatın müstəqilliyini təmin etmişik”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi