Azərbaycanda ötən il sahibkarlara 249 mln. manat güzəştli kredit verilib

Azərbaycanda ötən il sahibkarlara 249 mln. manat güzəştli kredit verilib Fond 39-u regionlarda, 7-si isə Bakı qəsəbələrində olmaqla 46 işgüzar forum keçirib
Biznes
11 Yanvar , 2016 11:17
Azərbaycanda ötən il sahibkarlara 249 mln. manat güzəştli kredit verilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Ötən il İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 5 243 sahibkara 248,5 mln. manat güzəştli kredit verib. “Report” İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12 600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradıb.

Sahibkarların maarifləndirilməsi və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə ötən il Fond 39-u regionlarda, 7-si isə Bakı şəhərinin qəsəbələrində olmaqla 46 işgüzar forum keçirib.

Eyni zamanda, 4 000-dən çox sahibkarın iştirak etdiyi tədbirlər çərçivəsində sahibkarlara güzəştli kreditlər verilib. Kreditlərin verilməsi mexanizminə dair maarifləndirici treninqlər aparılıb, sahibkarlara nümunəvi investisiya layihələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi