Azərbaycanda ötən il gömrük sahəsində 9 minə yaxın hüquq pozuntusu qeydə alınıb

Azərbaycanda ötən il gömrük sahəsində 9 minə yaxın hüquq pozuntusu qeydə alınıb Bakı. 2 fevral. REPORt.AZ/ 2017-ci ildə gömrük sahəsində 8 819 hüquq pozuntusu qeydə alınıb ki, bunun da 700-ü cinayət xarakterlidir. 
Biznes
2 Fevral , 2018 13:25
Azərbaycanda ötən il gömrük sahəsində 9 minə yaxın hüquq pozuntusu qeydə alınıb
Report

Bakı. 2 fevral. REPORt.AZ/ 2017-ci ildə gömrük sahəsində 8 819 hüquq pozuntusu qeydə alınıb ki, bunun da 700-ü cinayət xarakterlidir. 

"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, ötən il gömrük orqanları 2 714 kq-lıq narkotik maddə qaçaqmalçılığının qarşısını alıb. "Xeyli sayda şəxsə qarşı cinayət işi qaldırılıb. Onlardan 367-nin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib. 2017-ci il ərzində həm də 1,6 mln. dolların və külli miqdarda qızıl-zinət əşyalarının qaçaqmalçılığının qarşısı alınıb".

A.Əliyev həmçinin deyib ki, 2017-ci ildə 334 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. 

"17 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib. Əgər 2015-ci gömrük əməkdaşları haqqında 2 500 şikayət daxil olmuşdusa, 2016-cı ildə bu rəqəm 1 800, 2017-ci ildə isə 680 olub".

Son xəbərlər

Orphus sistemi